Köçəryan məhkəməni boykota hazırlaşır

Dünya

182

Köçəryan məhkəməni boykota hazırlaşırErmənistanın keçmiş prezidenti Robert Köçəryan və onun vəkilləri Apellyasiya Məhkəməsinin yekun qərarının açıqlanacağı iclası boykot etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri Köçəryanın vəkillər komandasının mətbuat katibi Elina Saakova deyib.

Saakovanın sözlərinə görə, mövqeyini təqdim etməyə imkan yaradılmadığı üçün nə Köçəryan, nə də onun vəkillərindən ibarət komandasının hər hansı bir üzvü Apellyasiya Məhkəməsinin bu gün keçiriləcək iclasında iştirak etməyəcək.