İrana qarşı qlobal koalisiya... – ABŞ hərəkətə keçdi

Dünya

71

İrana qarşı qlobal koalisiya... – ABŞ hərəkətə keçdiBiz həm İranla şərtsiz müzakirələrə hazırıq, həm də İrana qarşı qlobal koalisiya üçün addım atacağıq.

Bu sözləri Səudiyyə Ərəbistanına səfəri öncəsi ABŞ Dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında deyib.

Qeyd edilir ki, Pompeonun Səudiyyə səfərinin əsas müzakirə mövzusu İran olacaq.

Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinə səfərini İrana qarşı qlobal bir koalisiya yaratmaq yolunda ilk addım kimi qiymətləndirən Pompeo deyib ki, bu ölkələrlə strateji baxımdam necə addım atacaqlarını və sadəcə körfəz ölkələri deyil, Asiya və Avropada da qlobal koalisiyanın necə yaradılacağını müzakirə edəcək.

Dövlət katibi əlavə edib ki, İranla ön şərtsiz müzakirələrə hazırdır: “Bizi harada tapacaqlarını bilirlər. Bizimlə əlaqəyə keçməkdə hazır olduqları zaman müzakirələrə başlaya biləcəyimizə əminəm. Prezident Trampın da dediyi kimi, İran xalqı üçün parlaq bir gələcək istəyirik. Bu müzakirələr onlar üçün çıxış yoludur”.

Qeyd edilir ki, Pompeo Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səfərindən sonra Hindistana gedəcək. Dehlidə aparacağı müzakirələrdən sonra ABŞ rəsmisi Yaponiya və Cənubi Koreyaya gedəcək.