Hava limanında bomba həyəcanı

Dünya

50

Hava limanında bomba həyəcanıKişinev aeroportuna bomba qoyulması barədə polisə anonim zəng daxil olub və sərnişinlər evakuasiya edilib.

Bu barədə Moldova Sərhəd Xidmətinin mətbuat katibi Raisa Noviçki jurnalistlərə açıqlamasında deyib.

"Naməlum şəxs aeroport binasına partlayıcı qurğu qoyulması barədə məlumat verib. Əraziyə xüsusi xidmət orqanları gəlib. Sərnişinlər və əməkdaşlar evakuasiya edilib. Ərazi mühasirəyə alınıb”, - deyə sözçü bildirib.

Hazırda ərazidə axtarışlar aparılır.