ABŞ Polşanı mükafatlandırır: Viza rejimi...

Dünya

61

ABŞ Polşanı mükafatlandırır: Viza rejimi...ABŞ Polşa vətəndaşlarına tətbiq olunan viza rejimini tezliklə ləğv etmək istəyir.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, tezliklə Polşanı vizasız rejim proqramına dəvət edəcəyik. ABŞ və Polşa arasında iqtisadi münasibətlər çiçəklənir”, - o bildirib.

Tramp viza rejiminin ləğvi barədə qərarın növbəti 90 gün ərzində qəbul edilə biləcəyini söyləyib.