Türkiyə təyyarəsi Bağdadda qəza enişi etdi

Dünya

63

Türkiyə təyyarəsi Bağdadda qəza enişi etdiİstanbul-Bağdad reysi ilə hərəkətdə olan “Türk Hava Yolları”na (THY) məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi qəza enişi edib.

Bu barədə www.kokpit.aero saytı məlumat yayıb.

Bildirilir ki, eniş zamanı təyyarədə problem yaranıb və layner Bağdad səmasında təxminən bir saat dövrə vurub. Pilotların “qəza enişi” tələbi təmin olunub. Hələlik, THY və ya İraq tərəfi hadisə barədə hər hansı açıqlama verməyib.