Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan Tramp, Putin və Szinpinlə görüşür

Ərdoğan Tramp, Putin və Szinpinlə görüşürTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı iyunun sonunda gərgin iş qrafiki gözləyir.

Ərdoğan ayın sonunda Yaponiyadakı G-20 zirvəsində iştirak edəcək, zirvədən sonra isə Çinə səfər edəcək.

Ərdoğan 28-29 iyunda Osaka şəhərində keçiriləcək G-20 zirvəsi çərçivəsində Rusiya və ABŞ Prezidentləri ilə görüşəcək.

Ərdoğan-Tramp görüşündə Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri, F-35 proqramı çərçivəsində baş verənlər və Suriyanın şimalında yaradılacaq təhlükəsizlik bölgəsi müzakirə olunacaq. Ekspertlər iki ölkənin S-400 məsələsində ortaq məxrəcə gəlməsi və Trampın Türkiyə səfərinin taleyinə aydınlıq gəlməsi üçün bu görüşün kritik əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Ərdoğanın G-20 zirvəsində daha bir vacib görüşü Rusiya lideri Vladimir Putinlə olacaq. Bu görüşdə Suriyada son yeniliklər və Əsəd rejiminin kəskin hücumlarına məruz qalan İdlib bölgəsi əsas müzakirə mövzusu olacaq.

Ərdoğan Yaponiyadakı G-20 zirvəsindən sonra 2 iyulda Çinə səfər edəcək. Ərdoğan Pekində Çin Prezidenti Si Szinpinlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirəcək.

  • Sosial şəbəkədə paylaş