Dünyanın ən varlı müğənnisi seçildi - 600 milyonluq sərvəti var

Dünya

243

Dünyanın ən varlı müğənnisi seçildi - 600 milyonluq sərvəti var"Forbes" dünyanın ən varlı qadın müğənnisinin adını açıqlayıb.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, Rihanna dünyanın ən varlı müğənnisi seçilib.

Keçən il bu siyahıya müğənni Madonna liderlik edirdi.Rihannanın sərvəti 600 milyon dollardır. O, 570 milyon dollara sahib olan Madonnanı qabaqlayıb.

Üçüncü yerdə məşhur müğənni Selin Dion qərarlaşıb. Selinin sərvəti 450 milyon dollar dəyərində qiymətləndirilir.

400 milyon dollara sahib olan Beyons isə siyahıda 4-cü yeri tutur.

Qeyd edək ki, təkcə Rihannanın "İnstagram" hesabında 71 milyon izləyicisi var. Bu isə Fransa və Böyük Britaniyanın əhalisindən daha çoxdur.