“Ruslar gəldi, türk ordusu geri çəkildi” – Bölgədə sensasion gəlişmə

Dünya

352

“Ruslar gəldi, türk ordusu geri çəkildi” – Bölgədə sensasion gəlişməRusiya Suriyanın Təl-Rıfat bölgəsində 3 hərbi məntəqə quraraq, hərbi birləşmələrini burada yerləşdirib. Ruslarla yanaşı, Suriya ordusuna bağlı qüvvələr də Təl-Rıfata dislokasiya edilib.

Bu barədə İngiltərədə nəşr olunan “Independent” qəzeti məlumat yayıb.

Nəşr xatırladıb ki, Rusiya keçən il Türkiyə ordusunun bölgədə hərbi əməliyyatlara başlamasından sonra Təl-Rıfatdakı qüvvələrini geri çəkmişdi:

“Hazırda bölgədə olan rus hərbi birliyinin komandanı məsələ ilə əlaqədar yaxın vaxtlarda ictimaiyyətə açıqlama verəcəklərini bildirib. Mənbə artıq rus hərbçilərin Təl-Rıfatda patrul xidmətinə başladığını deyib”.

Qəzet rusların gəlişindən sonra türk ordusunun tədricən geri çəkilməyə başladığını iddia edib.

Digər tərəfdən Türkiyə Müdafiə Nazirliyi də bölgədəki son vəziyyətlə bağlı açıqlama yayıb: “Bölgənin təhlükəsizliyi məqsədilə Rusiya və Türkiyə hərbi birləşmələri Təl-Rıfatda patrul xidmətini yerinə yetirir”.

Qeyd edək ki, bölgə 2017-ci ildən türk ordusunun nəzarətindədir.