Tramp Yaponiya xalqına başsağlığı verdi

Dünya

268

Tramp Yaponiya xalqına başsağlığı verdiAmerika xalqı Yaponiya xalqı ilə birlikdə bu hadisəyə kədərlənir

ABŞ Prezidenti Donald Tramp Yaponiyada rəsmi səfəri çərçivəsində Kavasakidə baş verən məlum bıçaqlanma hadisəsi ilə bağlı başsağlığı verib.

Rusiya KİV-ə istinadla xəbər verilir ki, yerli telekanalda canlı yaımlanan çıxışı zamanı Tramp bildirib ki, çox sayda insanın bıçaqlanmasına Amerika xalqı da kədərlənir: "Həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Amerika xalqı Yaponiya xalqı ilə birlikdə bu hadisəyə kədərlənir".

Xatırladaq ki, ötən gün Yaponiyada təxminən 50 yaşlı naməlum şəxs tərəfindən 19 məktəbli bıçaqlanıb. Cinayətkar özü də daxil olmaqla 3 nəfər dünyasını dəyişib. (ONA)