Putin sistemi İrəvanda 20 il sonra öldü, amma... – Erməni KİV

Dünya

112

Putin sistemi İrəvanda 20 il sonra öldü, amma... – Erməni KİVRusiyanın hədəfi Ermənistanda inqilabın uğur qazanmasına imkan verməməkdir.

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın hökumətə yaxınlığı ilə seçilən “Lragir.am” saytı yayıb.

“Putin və Köçəryan təxminən eyni anda hakimiyyətə gəliblər və Ermənistanda tez bir zamanda Putin modeli və idarə sistemi qurulub. Bu sistem Köçəryanın prezident vəzifəsindən getməsindən sonra – Sərkisyanın idarəçiliyi dövründə də dəyişməyib. Sərkisyan prezident olsa da, bu, onun sistemi deyildi. Ermənistanda hadisələr Köçəryan faktorunun iştirakı ilə inkişaf edirdi. Öz hakimiyyətini formalaşdırmaq imkanını Sərkisyan Sasna Çrerin polis məntəqəsini ələ keçirməsindən sonra əldə etdi. Köçəryan o zaman 2017-ci ildəki parlament seçkisində iştirakdan hədər yerə imtina etmədi. 20 illik Rusiya-Ermənistan sxeminə bu cür son qoyuldu. Belə görünə bilərdi ki, Köçəryanın rolu artıq başa çatıb.

İnqilabdan və Köçəryan ətrafındakı məşhur hadisələrdən sonra hansısa səfərbərliyin formalaşdırılmasına cəhdlər edilir. Rusiyanın Ermənistana münasibətdə siyasəti, başda kimin olmasından asılı olmayaraq, dəyişmir. Bu gün aydındır ki, Rusiyanın hədəfi Ermənistanda inqilabın uğur qazanmasına imkan verməməkdir”.