Sizin reklam burada
Sizin reklam burada

Soçidə Putin və Pompeo arasında kritik görüş

Soçidə Putin və Pompeo arasında kritik görüşSoçidə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Maykl Pompeonun görüşü başlanıb.

RİA Novosti agentliyi xəbər verir ki, görüş “Boçarov Ruçey” iqamətgahında keçirilir. Görüşdə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Rusiya Prezidenti Vladimir Putinin Maykl Pompeonu qəbul etməsindən əvvəl Soçidə ABŞ dövlət katibinin Rusiyanın xarici işlər naziri ilə görüşü olub. Görüşün yekunlarına əsasən Sergey Lavrov və Maykl Pompeo birgə mətbuat konfransı keçiriblər.

  • Sosial şəbəkədə paylaş