“Rosneft” də Tiflisin enerji bazarına girir

Dünya

143

“Rosneft” də Tiflisin enerji bazarına girirGürcüstan hökuməti “Rosneft”in Gürcüstan enerji bazarına girməsinə və monopoliya əldə etməsinə mane olmalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Georgi Baramidze deyib. Onun sözlərinə görə, “Rosneft” dəfələrlə Gürcüstanın qanunvericiliyini pozub.

O, dövlətin Rusiya ekspansiyasından müdafiəsi üçün lazımi nəzarət mexanizmləri formalaşdırmaq məcburiyyətində olduğunu deyib.

Qeyd edək ki, bundan öncə “Rustavi 2” televiziyası Gürcüstanın “Vissol” şirkətinin satıldığı haqqında məlumat yayıb. Televiziya “Vissol”u “Rosneft”in törəmə şirkətinin almağa hazırlaşdığını bildirib.