Zurabişvili Trampın tvitini paylaşdı, qalmaqal yarandı

Dünya

314

Zurabişvili Trampın tvitini paylaşdı, qalmaqal yarandıGürcüstan Prezidenti Salome Zurabişvilinin ABŞ Prezidenti Donald Trampın tvitini paylaşması qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, qalmaqal Zurabişvilinin Trampın ABŞ-ın keçmiş vitse-prezidenti, hazırda prezidentliyə namizəd Co Bayden barəsində yazdığı tviti paylaşmasına görə baş verib. Tramp öz tvitində Baydeni “Yuxulu Co” adlandırıb və onun Pensilvaniyada keçirdiyi görüşləri tənqid edib.

Zurabişvilinin paylaşımı yalnız 1 saatdan sonra səhifəsindən silinib.

Sonradan jurnalistlərə açıqlama verən Gürcüstan Prezidentinin mətbuat katibi Xatiya Moisçrapişvili bu paylaşımı Zurabişvilinin etmədiyini və onun səhifəsinin kiberhücuma məruz qaldığını söyləyib:

“Texniki səhv olub. İlkin informasiyaya əsasən, bu tviti sosial şəbəkələrin idarəetməsi üzrə menecer paylaşıb, lakin kiberhücum versiyası da nəzərdən keçirilir. Buna görə də biz istintaq orqanlarına müraciət etməyə hazırlaşırıq”.