Sizin reklam burada
Sizin reklam burada

“Vaxt gələcək, cavab verəcəyəm” – Sərkisyandan Paşinyana mesaj

“Vaxt gələcək, cavab verəcəyəm” – Sərkisyandan Paşinyana mesaj“Mən dəfələrlə demişəm ki, vaxt gələcək bütün suallara cavab verəcəyəm”.

Bunu Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan Respublikaçı Partiyasının yeni üzvləri ilə görüşündə bəyan edib.

O bu barədə media nümayəndələri ilə razılaşdığını bildirib:

“Mən media nümayəndələri ilə danışdım. Onlara zamanın gələcəyini və bütün suallara cavab verəcəyəmi dedim”.

Qeyd edək ki, Serj Sərkisyan 2008-ci ilin mart ayında İrəvanda dinc aksiyalar zamanı baş vermiş qətliamın təşkilitaçılarından biri olmaqda şübhəli bilinir. O, məsələ ilə əlaqədar istintaqa ilk ifadəsini verib.

Bundan əlavə, Sərkisyan dövlətə məxsus milyardlarla dollar maddi vəsaiti mənimsəmədə ittiham edilir.

  • Sosial şəbəkədə paylaş