Xamenei SEPAH-ın komandanını dəyişdi

Dünya

139

Xamenei SEPAH-ın komandanını dəyişdiİranın ali dini lideri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandiri Məhəmməd Əli Cəfərini vəzifəsindən uzaqlaşdırıb.

Baş komandir postuna Cəfərinin köməkçisi Hüseyn Salam gətirilib.

Bundan sonra Məhəmməd Əli Cəfəri Bakiyətullah mədəniyyət və sosial işlər qərargahına cavabdeh olacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil edib.