Paytaxt uğrunda döyüşlərin hesabatı: 205 ölü, 913 yaralı

Dünya

164

Paytaxt uğrunda döyüşlərin hesabatı: 205 ölü, 913 yaralıLiviyanın paytaxtı Tripoli uğrunda döyüşlərdə ümumilikdə 205 nəfər həlak olub, 913 nəfər yaralanıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Liviya bölməsindən informasiya yayılıb.

“Hərbi konflikt nəticəsində həlak olanların sayı 205, yaralıların sayı isə 913-ə bərabərdir. ÜST Liviya bölməsinin tibb işçiləri ön xətdəki xəstəxanalara göndərilib. Həkimlərimiz onlara əməliyyatların aparılmasına kömək edir”, - məlumatda deyilib.

Qeyd edək ki, Tripoli uğrunda döyüşlər aprelin 4-də Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın hücum əmri ilə başlayıb.