Maduro Quaido ilə danışıqlara razılıq verdi

Dünya

244

Maduro Quaido ilə danışıqlara razılıq verdiVenesuela Prezidenti Nikolas Maduro siyasi rəqibləriylə danışıqlar masasına əyləşməyə hazırdır.

Bunu Venesuela Xarici İşlər naziri Xorxe Arreas deyib.

“Siyasi, sosial, iqtisadi məsələrlə bağlı dialoq böhrandan çıxış üçün yeganə yoldur. Biz gözləyirik ki, müxalifət xalqına hörmət edəcək və vaxt itirmədən danışıqlara başlayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Venesuela son bir neçə aydır həm iqtisadi, həm də siyasi böhrana məruz qalıb. Belə ki, müxalifətin nəzarət etdiyi parlament Maduronun hakimiyyətini tanımaqdan imtina edib və prezidentlik səlahiyyətlərini Quaidoya verib. Quaidonu bu vəzifədə ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri tanıyıblar.