Sizin reklam burada
Sizin reklam burada

AKP Ankara savaşına başladı: Seçki pozuntusu olub!

AKP Ankara savaşına başladı: Seçki pozuntusu olub!Ankaradakı səsvermə məntəqələrinin bir çoxlarında etibarsız səslər hesablanıb və qanun pozuntuları aşkar edilib.

Bu sözləri AKP-nin Baş katibi Fatih Şahin deyib.

“Ankarada səs verilən 12 min 158 sandığın bir çoxunda etibarsız səslər və qanunsuzluqlar müəyyən etmişik. Qanuni haqlarımızı sonuna qədər istifadə edəcək, ankaralı yerlilərimizin iradəsinin dəyişdirilməsinə icazə verməyəcəyik”, - Şahin bildirib.

Qeyd edək ki, Ankarada CHP-nin namizədinin qalib gəldiyi rəsmi olaraq açıqlanıb.

  • Sosial şəbəkədə paylaş