Suriyada İranın 11 hərbçisi öldü

Dünya

136

Suriyada İranın 11 hərbçisi öldüİsrailin Suriyaya raket zərbəsi endirməsi nəticəsində İranın 11 hərbçisi ölüb.

Report xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

“Assoşeyted Press” isə hadisə nəticəsində İranın 7 hərbçisinin öldüyünü bildirib.

İsrailin nəqliyyat naziri, xarici işlər nazirinin müavini İsrael Katz Suriyanın Hələb şəhərinə yəhudi dövləti ordusunun hücum etdiyini təsdiqləyib.

SANA agentliyi bildirib ki, martın 28-i gecə saatlarında İsrailə məxsus döyüş təyyarələri Hələb şəhərinin Bəşşar Əsəd rejiminin nəzarəti altında olan hissəsinə - Şeyx Nacar bölgəsinə raket hücumu edib. Məlumata görə, hücumun əsas hədəfinin Hələbdəki İran hərbçilərinə aid silah anbarı olub.