İsrail zərbələri belə dəf edildi – Suriya görüntü yaydı

Dünya

163

İsrail zərbələri belə dəf edildi – Suriya görüntü yaydıSuriyanın Hava Hücumundan Müdafiə Qüvvələri Hələb şəhəri istiqamətində İsrail aviasiyasının zərbələrini dəf edib.

Bu barədə Suriyanın Dövlət Televiziyası informasiya yayıb.

Məlumata görə, Cibrin yaşayış bölgəsi yaxınlığında yerləşən Hələb hava limanı və Şeyx Nacar sənaye bölgəsi aviazərbələrin hədəfinə çevrilib. Şeyx Nacar bölgəsində bir neçə mövqe vurulub.

Hücum nəticəsində Hələb tamamilə işıqsız qalıb.

Qeyd edək ki, İsrail aviasiyası sonuncu dəfə yanvar ayında Suriya hərbi mövqelərinə zərbələr endirib.