Sizin reklam burada
Sizin reklam burada

NASA qadınların kosmosa səfərini təxirə saldı – İlginc səbəb

NASA qadınların kosmosa səfərini təxirə saldı – İlginc səbəbNASA tarixdə ilk dəfə olaraq qadın kosmonavtlardan ibarət qrupun kosmosa səfərini təxirə salıb.

Səfər kosmik kostyumlarla bağlı problem yaranması səbəbindən təxirə salınıb.

NASA-dan verilən açıqlamada qeyd edilib ki, kosmonavtların ölçüsünə uyğun kosmik geyim olmaması səbəbindən uşuş planına dəyişiklik edib.

Qeyd edilib ki, kosmonavtlardan Anna Makklain və Kristina Koçun eyni ölçüdə kostyuma ehtiyacları olduğu ortaya çıxıb. Səfərin planlaşdırıldığı vaxta qədər isə yalnız bir kostyum hazırlana bilər. Bu kostyumun isə Koça verilməsi qərara alınıb.

  • Sosial şəbəkədə paylaş