İran üçün ciddi problem: 100-ə qədər yüksək vəzifəli məmur...

Dünya

79

 İran üçün ciddi problem: 100-ə qədər yüksək vəzifəli məmur...İran parlamentinin araşdırma qrupu belə bir nəticəyə gəlib ki, ölkədə 100-ə qədər yüksək vəzifəli məmur ikili vətəndaşlığa və “Qrin Kart”a malikdir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı və Vilayət Fraksiyasının üzvü Əbülfəz Əbuturabi deyib.

Ə.Əbuturabinin sözlərinə görə, bu siyahıda istər islahatçı, istərsə də mühafizəkar siyasi dairələrə mənsub məmurların adları var:

"Təəssüflər olsun ki, ikili vətəndaşlıq İran üçün ciddi problemdir. Çünki rəqib ölkələrin İrana nüfuz etmək üçün ən optimal yolu həmin ikili vətəndaşlığı olan şəxslərdir".