Britaniyada inanılmaz qərar: bu xəstələr öldürüləcək

Dünya

349

Britaniyada inanılmaz qərar: bu xəstələr öldürüləcəkBöyük Britaniya Ali Məhkəməsi ölümcül xəstələrlə bağlı yeni qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas Aqil Layıc məlumat paylaşıb.

“Böyük Britaniya Ali Məhkəməsinin qərarına əsasən, artıq bundan sonra sağalması və özünə gəlməsi mümkün olmayan xəstələrə, xüsusilə də beyin iflici olan xəstələrə öncədən hər hansı bir hüquqi izn almadan - həkim və xəstə yaxınlarının razılaşması ilə xüsusi borularla qida və su verilməyəcək, yəni xəstənin ölməsinə icazə veriləcək.

Qərarda qeyd edilir ki, bu, xəstənin üstün mənafeyi üçündür. Bu isə nəticə olaraq passiv evtanaziyaya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) bərabərdir”, - hüquqşünas qeyd edib.