Süleymani Zərifi dəstəklədi: Geri dön

Dünya

483

Süleymani Zərifi dəstəklədi: Geri dönİran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı general-mayor Qasım Süleymani İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifdən istefasını geri çəkməsini istəyib.
Süleymani İran Ali dini lideri Əli Xameneinin də Zərifi dəstəklədiyini söyləyib.

“Faktlar göstərir ki, Zərifin İran və Suriya prezidentlərinin görüşündə iştirak etməməsi hansısa məqsədə xidmət etmir. Qeyd etmək istəyirəm ki, o, İranın xarici işlər naziri kimi ölkənin xarici siyasətinə görə məsuliyyət daşıyan əsas şəxsdir”, – deyə o bildirib.

Qeyd edək ki, Zərif Suriya lideri Əsədin İrana səfərindən xəbəri olmadığı üçün 25 fevralda istefaya getdiyini elan edib. Onun istefa müraciətini İran Prezidenti Ruhani qəbul etməyib.