Sizin reklam burada
Sizin reklam burada

Trampa daha bir zərbə - Fövqəladə vəziyyət ləğv edilir

Trampa daha bir zərbə - Fövqəladə vəziyyət ləğv edilirABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın sərhəd təhlükəsizliyi səbəbindən elan etdiyi fövqəladə vəziyyət rejiminin ləğv olunmasını nəzərdə tutan qanun layihəsi qəbul edib.

Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında 245 nəfər qanun layihəsinin lehinə, 182 nəfər isə əleyhinə səs verib.

Bu nəticədən sonra qanun layihəsi Konqresin digər qurumu olan Senata göndərilib. Respublikaçıların üstünlük təşkil etdiyi Senatda qanun layihəsi bir neçə həftə içində səsverməyə çıxarılacaq.

Qanun layihəsində prezident Trampın sərhəd təhlükəsizliyi səbəbindən elan etdiyi fövqəladə vəziyyət rejiminin ləğv edilməsi və Trampın ABŞ-Meksika sərhədlərində hasar hörmək üçün əvvəlcədən ayrılan büdcədən daha çox rəqəm təsis edilməməsi istənilir.

Məlumatda qeyd edilir ki, layihə Təmsilçilər Palatasında səsverməyə çıxarılarkən bəzi respublikaçılar tərəfindən də dəstəklənib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ