“Bu, Rusiyanı şoka salacaq” – Kudrin həyəcan təbili çaldı

Dünya

115

“Bu, Rusiyanı şoka salacaq” – Kudrin həyəcan təbili çaldıRusiya Hesablama Palatasının sədri Aleksey Kudrin ABŞ-ın növbəti sanksiyaları barədə xəbərdarlıq edib.

Kudrin sanksiya dalğasının Rusiya iqtisadiyyatında şok effekti yaradacağını bildirib.

Hazırda Rusiya iqtisadiyyatının ABŞ-ın sanksiyalarına qarşı dayanıqlı olduğunu deyən palata sədri qeyd edib ki, növbəti mərhələlərdə iqtisadi sektor sanksiyalardan ağır zərər görə bilər:

“Keçən il tətbiq edilən sanksiyalar təkcə rus şirkətlərini yox, bütün maliyyə bazarına mənfi təsir etdi. Bu, şokedici təsir deyildi, amma sanksiyalar iqtisadi böyümənin qarşısını alır”.

Qeyd edək ki, keçən həftə Rusiya banklarına, enerji sektoru və dövlət borclarını hədəf alan yeni sanksiya layihəsi ABŞ Konqresinə təqdim edilib.