Taliblər Əfqanıstanda 10 əsgəri qaçırtdılar

Dünya

153

Taliblər Əfqanıstanda 10 əsgəri qaçırtdılarTaliban yaraqlıları Əfqanıstanın şimal-şərqində yerləşən blokposta hücum edərək 10 əfqan əsgəri qaçırıblar.

Bu barədə “TOLO Nyus” informasiya yayıb.

Hücum gecə saatlarında Fayzabad bölgəsində baş verib. Əraziyə hücum edən taliblər gedərkən özləri ilə əsgərləri də əsir aparıblar.

Qeyd edək ki, həftənin əvvəlindən etibarən BƏƏ-də Taliban və hökumət rəsmiləri arasında danışıqlara start verilib.