ABŞ İrana qarşı koalisiya yaradır - Pompeo

Dünya

214

 ABŞ İrana qarşı koalisiya yaradır - PompeoƏgər Avropa Birliyi İrana qarşı ABŞ sanksiyalarını pozsa, o zaman ABŞ tədbirlər görə bilər.

Bunu BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Bu sanksiyalarda bir sıra istisnalar var. Əgər AB-nin İranla ticarəti bu istisnalarla əlaqədar olsa, biz sanksiyalar tətbiq etməyəcəyik. Əgər bizim məhdudiyyətlərimizə qarşı hansısa pozuntular olsa, o zaman biz istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”, – deyə o bildirib.

O, dünyanı İranın ballistik raket sınaqlarına qarşı diqqətli olmağa da çağırıb:

“Təhlükəsizlik Şurasının nüvə silahının yayılması riskinə qarşı ciddi yanaşmaq vaxtı çatıb. Biz buna müqavimət göstərmək üçün hər şeyi etməyə hazırıq. Bunun üçün ABŞ-ın rəhbərliyi ilə koalisiya yaratmağa hazırlaşırıq. Bu gün Təhlükəsizlik Şurasının 11 üzvü İranın raket sınaqları ilə bağlı narahat olduğunu bildirib ABŞ-a qoşuldu”.