Sizin reklam burada
Sizin reklam burada

Suriyada həyəcan siqnalı: İsrail qırıcısı vuruldu? - Video

Suriyada həyəcan siqnalı: İsrail qırıcısı vuruldu? - Video00:09

Suriya HHQ Dəməşqin cənubunda, əl-Kisva məntəqəsi yaxınlığında İsrailə məxsus qırıcını vurub.

Bu barədə RİA Suriya təhlükəsizlik qurumlarına istinadla məlumat yayıb. Bildirilir ki, Suriya hava müdafiəsi 4 raketi də zərərsizləşdirib.

“Bizim hava müdafiə sistemimiz İsrail qırıcısını və atılan 4 raketi hədəfə çatmazdan öncə məhv edib”, - mənbə bildirib.

O, Suriya hava müdafiə sisteminin yüksək dəqiqliklə çalışdığını da qeyd edib.

Qeyd edək ki, bundan öncə Suriyanın havadan müdafiə sistemlərinin modifikasiyası təyin edilməyən bir neçə obyekti məhv etdiyi bildirilmişdi.

***

Suriya təhlükəsizlik orqanlarındakı mənbə İsrail təyyarəsinin vurulmasını təkzib edib.

Mənbə buna baxmayaraq hava hücumundan müdafiə sistemlərinin İsrail ərazisindən gələn raketləri məhv etdiyini təsdiq edib.

“Gecə vaxtı radar dəqiq müəyyən etməyə bilər, ona görə də qeyri-müəyyənlik yarandı və biz də qərara gəldik ki, vurulan hədəf İsrail təyyarəsi deyil”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail hərbi komandanlığı da Suriya HHQ-nin təyyarə vurulması faktını təkzib etmişdi.

  • Sosial şəbəkədə paylaş