Çavuşoğlu Parisdə: Saat yarımlıq qapalı görüş...

Dünya

302

Çavuşoğlu Parisdə: Saat yarımlıq qapalı görüş...Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Jan İv Lö Drianla bir araya gəlib.

Parisdə baş tutan görüş həm təkbətək, həm də geniş tərkibdə keçirilib.

Nazirlər Suriya konflikti başda olmaqla, ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.

Mediaya qapalı keçən görüş təxminən 1,5 saat davam edib.