Maduroya sui-qəsdlə bağlı yeni iddia: Üç ölkə birləşib?

Dünya

283

Maduroya sui-qəsdlə bağlı yeni iddia: Üç ölkə birləşib?Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsdlə bağlı yeni iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, bu barədə danışan Venesuelanın Rabitə Nazirliyinin rəsmisi Jorqe Rodriqez Kolumbiya, Çili və Meksika səfirliyində çalışan personalın sui-qəsdi hazırlayanlara dəstək verdiyini və ya yardım etmək istədiklərini bəyan edib.

O bildirib ki, sui-qəsdə cəhd edənlərdən birinin hücumda Çili səfirliyinin rol oynadığını, digərləri isə Kolumbiya sərhədi yaxınlığında təlim keçdiklərini söyləyib.

"Məhbusların etiraflarını Meksika, Çili və Kolumbiya xarici işlər nazirlərinə təqdim etməyə hazırıq", - Rodriqez qeyd edib.

Kolumbiya, Çili və Meksika hökuməti isə rəsmi Karakasın iddiasını təkzib edib.