Ərdoğanla Ruhaninin ABŞ-da qapalı görüşü – İki məsələ

Dünya

284

Ərdoğanla Ruhaninin ABŞ-da qapalı görüşü – İki məsələNyu Yorkda kritik görüş baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu Yorkda bir araya gəliblər.

Görüş mediaya və ictimaiyyətə qapalı keçirilib.

Görüşdə dövlət başçıları ilə yanaşı hər iki ölkənin XİN rəhbərləri də yer alıb.

Ehtimal olunur ki, prezidentlərin əsas müzakirə məsələsi İdlibdə olan münaqişə və Soçi razılaşması olub.