İrandan Ərdoğan-Putin görüşünə REAKSİYA: "Müharibənin qarşısı alındı"

Dünya

244

İrandan Ərdoğan-Putin görüşünə REAKSİYA: "Müharibənin qarşısı alındı"Ötən gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirilən görüşü çərçivəsində müzakirə etdikləri məsələlərə dair mətbuat konfransı keçirilib. Prezidentlər danışıqların müsbət nəticə verdiyini və Suriyanın İdlib şəhərində müharibənin qarşısının alındığını bəyan ediblər.

Conflict.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlərin qarşılıqlı razılıq əldə etməsinə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də münasibət bildirib. O, sosial şəbəkə üzərindən əldə edilən razılığı müsbət qiymətləndirib:

"Suriyanın İdlib şəhərindəki müharibənin qarşısı alındı. Rusiya-Türkiyə liderlərinin görüşü, eləcə də ötən həftə ərzində mənim Ankaraya, Dəməşqə rəsmi səfərim, 3 ölkənin - İran-Rusiya-Türkiyə liderlərinin Tehran sammiti də bu prosesə müsbət təsir göstərib".