Sobyanin qalib gəldi, Putin təbrik etdi

Dünya

277

Sobyanin qalib gəldi, Putin təbrik etdi11:40

Rusiya Prezidenti Vladimir Putin Sergey Sobyaninə zəng edərək, onu Moskva meri seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Rusiya Prezident Administrasiyasından məlumat verilib.

Qeyd edək ki, Sergey Sobyanin öz bloqunda paytaxt meri seçkisindəki qələbəsini paylaşmışdı. O, seçicilərin 70 faizinin səsini alıb. Onun rəqibi olan Rusiya Kommunist Partiyasından namizəd Vadim Kumin 11 faiz səslə ikinci olub.