Turistləri aparan avtobus qəzaya düşdü - 25 yaralı

Dünya

225

Turistləri aparan avtobus qəzaya düşdü - 25 yaralıTürkiyənin Muğla əyalətində turistləri aparan sərnişin avtobusu qəzaya düşüb.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yaşanıb. Muğlanın Seydikemer- Qaş avtomobil yolu üzərində hərəkət edən avtobus Antalyanın Qaş bölgəsi istiqamətində gedən zaman avtobusun təkərlərində yaranan nasazlıq qəzaya səbəb olub.

İlkin ehtimallara görə, avtobus yüksək sürətlə hərəkətdə olan zaman təkərləri partlayıb. İdarəetməni itirən sürücü isə avtobusu yol kənardakı beton divara çırpıb.

Qəzada avtobusda olan 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə şahidləri tərəfindən yaralılara kömək olunub, təcili tibbi yardım briqadası çağırılıb. Qəzada ölənlərin olmadığı bildirlib.