Ərdoğan Makronun dəvətini rədd etdi: "İşim var..." - VİDEO

Dünya

316

Ərdoğan Makronun dəvətini rədd etdi: "İşim var..." - VİDEOFransa prezidenti Emmanuel Makron NATO-nun Brüsseldəki sammitində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Dünya Çempionatının finalında gerçəkləşəcək Fransa-Xorvatiya matçını tribunadan izləməyə dəvət edib.

Ərdoğan dəvətə qarşılıq olaraq “işim var, televiziyadan izləyəcəyəm” cavabını verib və təklifi rədd edib.

Liderlər sammit çərçivəsində 1 saat 15 dəqiqə görüş keçirib. Makron Ərdoğanı prezident seçkilərində qazandığı uğur münasibətilə təbrik edib. Daha sonra onu ölkəsinin mübarizə aparacağı Dünya Çempionatının final oyununa dəvət edib. Ərdoğan isə “hökuməti yeni qurduq, görəcək çox işimiz var, televiziyadan izləyəcəyik” cavabını verib.