“Bu axşam sui-qəsdlərə başlayaq” – İsrailli nazirdən SOK ÇAĞIRIŞ

Dünya

257

“Bu axşam sui-qəsdlərə başlayaq” – İsrailli nazirdən SOK ÇAĞIRIŞİsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan Qəzza sektorunda Fələstin müqavimət hərəkatının liderlərinə qarşı sui-qəsd siyasətinə yenidən dönmə çağırışı edib.

Nazir bu haqda “Kanal10” televiziyasına müsahibəsində bildirib.

“Gün ərzində yüksələn gərginlik və atılan raketlərə görə İsrail bu gecə Qəzzada sui-qəsd siyasətinə geri dönməlidir. Bölgədə baş verənlərə görə məsuliyyət daşıyan “Həmas” liderləri həyatları üçün narahat olmalıdırlar. Biz gərginliyin artmasını istəmirik. Amma “Həmas” və “İslami Cihad” hərəkatları bunu istəyirmi? Bilmirəm”, - nazir deyib.

Qeyd edək ki, son iki gündə Qəzza sektorundan İsrail ərazisinə raket zərbələri endirilib. İsrail ordusu cavab zərbələri endirib. Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İsrailin döyüş təyyarələri Qəzzada “Həmas” və “İslami Cihad”a aid 7 nöqtədə 35 hədəfi vurub.

Hava hücumları nəticəsində 4 fələstinlinin həyatını itirdiyi bildirilir. İsrail mənbələri isə Qəzza sərhədindəki Aşkelon yəhudi yaşayş məntəqəsində 3-ü əsgər olmaqla, 5 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, bu gün “Həmas”la İsrail arasında atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunub. Bu barədə məlumatı “Həmas” yayıb. Bəyanat hələlik İsrail tərəfindən təsdiqlənməyib.