“Onlar yalnız Təl-Əvivi deyil...” - İsrail İranın məhv edəcəyi ölkələri AÇIQLADI

Dünya

243

“Onlar yalnız Təl-Əvivi deyil...” - İsrail İranın məhv edəcəyi ölkələri AÇIQLADIİsrail İranla münasibətlərdə indiki gərginliyin hərbi münaqişəyə keçmə riskini görür.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə naziri Zeyev Yelkin bildirib.

“Risk həmişə mövcuddur, çünki, İran açıq bildirir ki, onun hədəfi İsrail dövlətini məhv etməkdir”, - o deyib.

Onun sözlərinə görə, İran iqtisadi çətinliklərə baxmayaraq, Suriya ərazisində hərbi layihələrə, həmçinin Livanda “Hizbullah” qruplaşmasının silahlandırılmasına böyük vəsaitlər qoyur: “Bu gün “Hizbullah”ın əlində dünyanın ən böyük raket ordularından biri var. Və bu, dövlət deyil, terror təşkilatıdır. Bunların hamısı İranın pulu ilə hazırlanır. Biz onunla barışa bilmərik ki, Suriya ərazisində, sərhədlərimizin yaxınlığında yerləşdirilən İran raketləri vətəndaşlarımızın təhlükəsizliyini hədələsin. Biz buna imkan verməmək üçün hər şeyi edəcəyik”.

Nazir əlavə edib ki, İranın raket proqramı Rusiya və Avropanı hədələyir.

“İran bu gün ballistik raketləri hazırlayır. Söhbət o raketlərdən gedir ki, onlar yalnız Təl-Əviv deyil, həmçinin Avropada praktik olaraq istənilən nöqtəyə və Rusiyada bir çox nöqtəyə çata bilər.