Şimali Koreya nüvə poliqonunu dağıtdı

Dünya

266

Şimali Koreya nüvə poliqonunu dağıtdıŞimali Koreya Müdafiə Nazirliyinin hərbçiləri nüvə poliqonunda yerləşən 3 təcrübə sahəsini partladıb, həmçinin yerüstü müşahidə nöqtələrini, təhlükəsizlik qurğuları və digər təmir müəssisələrini məhv ediblər.

Bu barədə RİA informasiya yayıb.

“Şimali Koreyanın nüvə silahı institutu nüvə sınaqlarının davam etdirilməməsi məsələsində şəffaflığı nümayiş etdirmək üçün şimali nüvə poliqonunun sökülməsi ilə bağlı 24 may 2018-ci il tarixində mərasim keçirib”, - institutun bəyanatında deyilib.

Xatırladaq ki, poliqonun sökülməsi prosesində ABŞ, Çin və Rusiyadan olan jurnalistlər də iştirak ediblər.