Biznesmen oğlu ailə üzvlərini qətlə yetirdi

Dünya

248

Biznesmen oğlu ailə üzvlərini qətlə yetirdiCənubi Afrikada biznesmen ailəsində 3 il əvvəl yaşanan dəhşətli hadisənin təfərrüatları məlum olub. Ailənin 23 yaşlı oğlu Henri Breda ailə üzvlərini balta ilə vurub. Onlardan yalnız ailənin 16 yaşlı qızı Marli sağ qalıb. Belə ki, Henri valideynlərinə və bacı-qardaşına hücum edərək onlara ümumilikdə 17 zərbə endirib. Cinayəti törətdikdən 4 saat sonra isə o, polisə xəbər verib. Nəticədə valideynlərini və böyük qardaşını öldürən gənc həbs olunub.

Bəzi mənbələrdə Henrinin narkotik aludəçisi olduğu və bu səbəblə atasının ona pul vermədiyi bildirilib.

Qeyd edək ki, Henrinin atası Martin Breda daşınmaz əmlak üzrə beynəlxalq şirkətin sahibi olub. Bununla yanaşı o, digər 25 şirkətə də rəhbərlik edib.

Conflict.az