Paşinyanla bağlı bu gün QƏRAR VERİLƏCƏK - Baqdasaryan açıqladı

Dünya

411

Paşinyanla bağlı bu gün QƏRAR VERİLƏCƏK - Baqdasaryan açıqladıErmənistanda hakim Respublika Partiyası baş nazirliyə namizəd Nikol Paşinyana kimin səs verəcəyinə bu gün qərar verəcək.

Publika.az xəbər verir ki, hakim fraksiyanın rəhbəri Vaqram Baqdasaryan müxalifətdə olmağa hazır olduqlarını bildirib.

“Bu gün iclasımız olacaq və sabah parlamentdə baş nazir seçkisində üzvlərimizdən kimin Paşinyanı dəstəkləyəcəyinə qərar verəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentində növbəti baş nazir seçkisi olacaq. Ermənistandakı etiraz aksiyasına rəhbərlik edən “Elk” fraksiyasının lideri Nikol Paşinyan baş nazir postuna əsas namizəddir. Mayın 1-də keçirilən seçkidə o, lazımi səsləri toplaya bilməmişdi. Belə ki, parlamentdə üç fraksiya – “Elk”, “Daşnaksütyun” və “Sarukyan” – Paşinyanı dəstəkləyir. Lakin hər üç fraksiyanın ümumilikdə səsi 48 edir. Paşinyanın baş nazir seçilməsi üçün isə ən azı 53 səs ehtiyacı var. Parlamentdəki çoxluğu hakim Respublika Partiyası təşkil edir. Paşinyanın seçilməsi üçün Respublika Partiyası fraksiyasının ən azı 6 üzvü ona səs verməlidir. Paşinyan sabaha böyük mitinq təyin edir. Əgər o, seçilməsə Ermənistanda yeni etiraz aksiyaları başlayacaq.