ABŞ nüvə bombasını sınaqdan keçirdi

Dünya

241

ABŞ nüvə bombasını sınaqdan keçirdiABŞ Hərbi-Hava Qüvvələri “В61-12” “qravitasiyalı” nüvə bombasını uğurla sınaqdan keçirib.

APA-nın xəbərinə görə, bu barədə “Military.com” nüvə silahlarının inteqrasiyası üzrə qərargah rəisinin müavini general-leytenant Cek Vaynşteyn bildirib.

“Biz artıq 26 mühəndis, konstruktor və idarə olunan uçuş sınağı həyata keçirmişik… Proqram uğurla reallaşdırılmaqdadır”, - deyə Cek Vaynşteyn qeyd edib.

Yeni bombanın hədəfə dəymə dəqiqliyi əvvəlkilərlə müqayisədə daha yüksək olacaq.