Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan bu hərəkəti ilə Qərbə MEYDAN OXUDU – Yunanlar ŞOKDA - VİDEO

Ərdoğan bu hərəkəti ilə Qərbə MEYDAN OXUDU – Yunanlar ŞOKDA - VİDEOİstanbulda Aya Sofya məscidində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə Quran-i Kərimin oxunması Yunanıstanda sərt reaksiya doğurub.

Publika.az xəbər verir ki, yunan KİV-ləri bunun qəbuledilməz olduğunu bildiriblər.

Əsas hədəfi Ərdoğan olan qəzetlər “Xristianlıq üçün ən böyük meydan oxuma: Ərdoğan Aya Sofyada 4 barmağı ilə salamladı”, “Ərdoğan Qərbə Aya Sofya ilə hücum etdi” və “Ərdoğandan inanılmaz meydan oxuma: müsəlmanları Aya Sofyadan salamladı” kimi başlıqlardan istifadə ediblər.



Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Aya Sofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb. Aya Sofya YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil edilib. Son illər isə orada Quran-i Kərimin oxunması Yunanıstanın sərt reaksiyasını doğurub. Afina Aya Sofyanın məscid kimi istifadəsinin yolverilməz olduğunu bildirir.

  • Sosial şəbəkədə paylaş