Türkiyədə “polislər” azərbaycanlı qadına təcavüz etdi

Dünya

313

Türkiyədə “polislər” azərbaycanlı qadına təcavüz etdiTürkiyənin Kocaeli şəhərində biri azərbaycanlı olmaqla iki qadın özünü "pizza kuryeri" adı ilə tanıdan 4 nəfər tərəfindən qaçırılıb.

Conflict.az qafqazinfo-ya istinadən xəbər verir ki, qadınların sözlərinə görə pizza gətirənlər onları isti pizza yemək üçün mağazaya dəvət edib. Daha sonra özlərini polis kimi təqdim edən kuryerlər silah gücü ilə qadınları naməlum yerə gətirərək təcavüz ediblər.

Qaçırılan və təcavüzə məruz qalan digər qadın isə Qırğızıstan vətəndaşı olub.

Qadınların polisə şikayətindən sonra şübhəlilər həbs olunublar.