Putin qəbul otağında futbol oynadı – VİDEO

Dünya

295

Putin qəbul otağında futbol oynadı – VİDEORusiya prezident Vladimir Putin Kremldə FİFA prezidenti Canni İnfantino ilə görüşüb.

Rusiya KİV-i xəbər verir ki, görüş futbol üzrə Rusiyada keçiriləcək dünya çempionatının başlanmasına 100 gün qalmış baş tutub.

Prezidentlər Putinin qəbul otağında topla oynama bacarığını nümayiş etdiriblər.

FİFA-nın saytında yerləşdirilmiş videoçarxın çəkilişlərində dünya futbolunun bir çox ulduzları iştirak ediblər. Vladimir Putinlə Canni İnfantinonun Kremldəki görüntüləri isə videoçarxın son hissəsində yer alıb.

Qeyd edək ki, futbol üzrə 21-ci dünya çempionatı iyunun 14-də başlayır. Turnirin açılış matçında ev sahibləri ilə Səudiyyə Ərəbistanının yığması qarşılaşacaq. Final oyunu isə iyulun 15-də Moskvada keçiriləcək.