Putin Ərdoğana zəng etdi

Dünya

319

Putin Ərdoğana zəng etdiRusiya və Türkiyə prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Tərəflər Suriyadakı və Türkiyənin "Zeytun budağı" əməliyyatı apardığı Afrin bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı olub. Dövlət başçıları Suriyadakı, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlar apardığı Afrin rayonundakı vəziyyətlə bağlı bağlı fikir mübadiləsi aparıblar. Hər iki tərəfdən böhranın Suriyanın suverenliyinə hörmət və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanan həlli üçün birgə fəal işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb".

Conflict.az