Tanınmış professordan ilginc zəlzələ proqnozu

Dünya

101

Tanınmış professordan ilginc zəlzələ proqnozuTürkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonunda baş verən zəlzələlərin Mərmərə zəlzələsinə təkan verəcəyi şayiələri artıb.

Cebhe.info xəbər verir ki, bu söz-söhbət diqqəti Doqquz Sentyabr Universiteti Geofiziki Seysmik Laboratoriyasına çəkib.

Dünyanın tanınmış seysmik araşdırma mərkəzlərindən olan və xaricdən bir çox uğur mükafatı alan Doqquz Sentyabr Universiteti Geofiziki Seysmik Laboratoriyası Türkiyədəki dənizlərdə son günlər müxtəlif araşdırmalar apararkən, elm adamları zəlzələlərin əvvəlcədən müəyyənləşdirilməsi üçün mühüm bir mərhələyə gəlib.

Professor Günay Çifçi zəlzələlərin əvvəlcədən təxmin edilməsinə dair deyib: Bir xəstəliyin ortaya çıxmadan əvvəl müəyyən bir əlaməti olduğu kimi, yerin içərisində də bir tektonik hərəkət formalaşmadan əvvəl mütləq bir dəyişiklik olur. Zəlzələni daha əvvəldən bilməyimiz texnoloji cihazların inkişaf etdirilməsi və bunu istifadə edən tədqiqatçılarla mümkün olacaq. İnanıram ki, hava proqnoz hesabatları kimi, zəlzələlərin hansı sahədə əmələ gəlməsi məsələsində də nailiyyət əldə edəcəyik".
Conflict.az