Belçikada bir gündə 327 nəfər koronavirusdan öldü

Dünya

108

Belçikada bir gündə 327 nəfər koronavirusdan öldü
Belçikada son sutka ərzində 327 nəfər koronavirusdan ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin Böhran Qərargahının yaydığı məlumatda bildirilir ki, ölənlərin ümumi sayı 3 346-ya yüksəlib.

Ən ağır vəziyyət qocalar evlərindədir. Ölümlərin 42 faizi bu evlərin payına düşür.

Son sutka ərzində 1 351 yeni yoluxma qeydə alınıb, yoluxanların ümumi sayı 28 018-dir.

Belçikada martın 14-dən aprelin 19-dək sosial izolyasiya tədbirləri görülür, tədbirlərin mayın 3-dək uzadılması gözlənilir.

Conflict.az