Bu şəxslər həbs edilir - Çindən qorxunc qərar

Dünya

156

Bu şəxslər həbs edilir - Çindən qorxunc qərarÇində yeni tip koronavirusdan (2019-nCoV) ölənlərin sayı 723-ə çatıb.

Çin Milli Səhiyyə Komitəsi virusa yoluxanların 34 min 546 nəfər olduğunu açıqlayıb.

Virusa yoluxma şübhəsi olan şəxslərin sayı 27 min 657-dir. Koronavirus daşıyıcıları ilə təmasa keçdikləri üçün müşahidəyə alınanların sayı isə 189 min 660-a çatıb.

Bu qorxunc rəqəmlər Çin hökumətini daha sərt addımlar atmağa məcbur edib. Pekin bələdiyyəsi hotel, restoran, market, əyləncə mərkəzləri, ictimai nəqliyyat və bənzər məkanlarda qoruyucu maska taxmayanları həbs etmək barədə qərar verib.