Yanğını söndürə bilməyən Avstraliya İraqdan çıxmaq istəmir

Dünya

141

Yanğını söndürə bilməyən Avstraliya İraqdan çıxmaq istəmirAvstraliya Baş naziri Skott Morrison İraqdakı hərbi qüvvələri geri çəkməyəcəklərini açıqlayıb.

Baş nazir Hərbi Dəniz Qüvvələrinə bağlı bir döyüş gəmisinin Hörmüz boğazına göndəriləcəyini söyləyib.

Morrison sentyabrdan davam edən yanğınlara görə kütləvi etirazların hədəfindədir.

İraq parlamenti ABŞ-ın Bağdadda iranlı general Qasım Süleymaninin ölümü ilə yadda qalan hücum həyata keçirməsindən sonra xarici ölkələrin hərbi qüvvələrin ölkədən çıxarılması qərarı verib.

ABŞ bu qərar etiraz etsə də, Almaniya və İspaniya İraqdakı qüvvələrini geri çəkib.